Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.
Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması gənc hakimlərimiz üçün də canlı təcrübədir.