AZ

Emin Mahmudov və daha 3 nəfər “Neftçi”nin formasını geyinməyəcək - Çətinlik var

"Neftçi" Premyer Liqanın 30-cu turunda “Zirə” ilə matçın hazırlığını başa çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu "Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

"Neftçi"nin futbolçuları Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.

Aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlanacaq.

Seçilən
150
49
sportinfo.az

10Mənbələr