Almaniya II Bundesliqasında 29-cu turunun matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.
Yığmamızın hücumçusu uzun fasilədən sonra start heyətində yer alıb.
M.Emreli 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub və “Nürnberq”ə qələbə qazandırıb.
Bu onun Almaniya təmsilçisinin heyətində 5-ci qolu olub.
“Kayzerslautern” - “Nürnberq” 1:2
Qollar: Fabio Qruber, 14 (0:1), Mahir Emreli, 68 (0:2), Marlon Ritter, 72-pen. (1:2)