AZ

Azərbaycanlı forvard diqqət mərkəzinə düşsə də... VİDEO

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" "Rakov"un qonağı olub.

Ekstraklasanın 28-ci turu çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 qələbəsi ilə başa çatıb.

Start heyətində yer alan Renatın ötürmə sayəsində "Radomyak" fasilədən sonra hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Dadaşov 76-cı dəqiqədə əvəzlənib.

Qışda Polşa təmsilçisinin heyətində keçən Renat 2 qol və 2 ötürmə ilə yadda qalıb. Onun komandası 34 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
138
1
sportinfo.az

10Mənbələr