Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının “XTQ” İdman Klubunun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi klublararası turnirə start verilib.
"Unikal" xəbər verir ki, yarışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər.
Turnir dövlət himnizin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik xatirələrinin yad edilməsi ilə başlanılıb.
Açılış mərasimində ölkənin tanınmış müğənniləri vətənpərvərlik, milli ruhda mahnılar səsləndiriblər.
Turnirdə çıxış nitqi edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bu cür turnirlərin ənənəvi olduğunu qeyd etməklə yanaşı, bugünkü Azərbaycanın idman siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulduğunu, hal-hazırda isə Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd edib.
“Belə turnirlərin keçirilməsi idmançılarımıza istər taktiki, istərsə də təcrübə baxımından formalaşmasına böyük təsir göstərir. Bu isə gələcəkdə daha böyük beynəlxalq yarışlarda iştirakına imkan yaradır”,-deyə O. Əliyev diqqətə çatdırıb.
Qeyd edək ki, yarışı 35 hakim və 5 baş hakim Aydın Ağabəyov, Anar Məmmədov, Rahib Əhmədov, İlham Təhməzov, Elşad Ələsgərov döyüşləri idarə edir. Yarış 2 rinq və 3 tatami ilə təşkil edilib. 650-dən çox idmançı ilə keçirilən yarışda 10 region, 49 Bakı, və Sumqayıt regional komandası iştirak edib.
Bu gün axşam yarış müxtəlif çəki dərəcələrində 30 “Qala döyüşləri” olacaq. “Qala döyüşləri”nin qaliblərinə Heydər Əliyev kuboku və fəxri mükafatlar təqdim olunacaq.