AZ

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Türkiyənin Vanın Kockoy bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bu gün Türkiyənin Van vilayətinin Kockoy bölgəsində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 03:13-də baş verib və yerin 4,4 km dərinliyində yerləşib. Təkanlar ətraf bölgələrdə, o cümlədən Ağrı və Siirt vilayətlərində də hiss olunub.

Eyni gün ərzində Vanın Tuşba bölgəsində də 2.2 bal gücündə zəlzələ baş verib. Bu təkanların dərinliyi 12 km olaraq müəyyən edilib.

Hazırda bölgədə hər hansı ciddi dağıntı və ya insan tələfatı barədə məlumat yoxdur. Lakin yerli hakimiyyət orqanları və fövqəladə hallar xidməti vəziyyəti nəzarətdə saxlayır və ehtiyat tədbirləri görür.
 

Son günlərdə Van və ətraf bölgələrdə baş verən zəlzələlər səbəbindən vətəndaşlar "Bu gün zəlzələ oldu mu?", "Van, Ağrı, Siirt bölgələrində zəlzələ baş verdi mi?" kimi suallara cavab axtarırlar.


Kandilli Rəsədxanası və AFAD tərəfindən yayımlanan son zəlzələlər siyahısı bu marağı daha da artırıb.

Bizim.Media

Seçilən
102
46
bizim.media

10Mənbələr