AZ

"Neftçi"nin formasını bir daha geyinməyəcək? - Bu sezon

"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərovun mövsümün qalan hissəsini buraxmaq ehtimalı yüksəkdir.

Premyer Liqanın 29-cu turunun "Şamaxı" ilə oyununda (2:0) çiynindən zədələnən Səfərov matçı davam etdirə bilməmiş və əvəzlənmişdi.

Sportinfo.az xəbər verir ki, onun əməliyyat ediləcəyi gözlənilir.

Səfərovun sağalaraq kollektivə qoşulması isə mövsümün sonuna təsadüf edəcəyi ehtimal edilir.

Seçilən
145
49
sportinfo.az

10Mənbələr