AZ

Ağ Ev: Gömrük rüsumları ilə bağlı 130 ölkə ABŞ-a müraciət edib

Bu gün 130 ölkə ABŞ ilə əlaqə saxlayıb və gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istədiyini bildirib.

 

Bunu CNN-ə müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının başçısı Kevin Hasset deyib.

 

“Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq”, – o söyləyib və əlavə edib ki, ABŞ adıçəkilən ölkələr üçün idxal rüsumlarının məbləğini 10 %-ə endirib.

 

Bundan başqa, milli iqtisadi şuranın başçısı qeyd edib ki, Çinlə ticarət mübahisələrinin tənzimlənməsi prosesi getsə də, bu, “başlanğıc mərhələsindədir”.

 

“Report” xatırladır ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn mallara gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Aprelin 9-da o, danışıqlara hazır olduğunu bildirən 75 ölkəyə qarşı rüsumların artırılmasını 90 gün müddətinə dayandırdığını bildirmişdi. Onlar üçün 10 % həcmində idxal tarifləri tətbiq olunacaq.

Seçilən
164
50
senzor.az

10Mənbələr