AZ

Bakı yollarında 13 istiqamət üzrə sıxlıq var

Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaşanır. 

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

4. Babək prospekti, mərkəz istiqamətində;

 

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

 

7. Aeroport şosesi, hava limanı istiqamətində;

 

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 

9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
61
49
senzor.az

10Mənbələr