AZ

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. 

Qeyd edək ki, yağıntının aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

 

Seçilən
110
50
avtosfer.az

10Mənbələr