AZ

Görkəmli bəstəkarlar Soltan Hacıbəyovun - 105, İsmayıl Hacıbəyovun - 75 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli bəstəkarlar Soltan Hacıbəyovun - 105, İsmayıl Hacıbəyovun - 75 illiyinə həsr  olunmuş konsert keçirilib.
Öncəliklə musiqişünas Vəfa Abbasova dinləyiciləri konsertlə bağlı məlumatlandırıb.
Daha sonra bədii rəhbər və baş dirijor AR-nın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda Soltan Hacıbəyov  Uvertüra  və "Karvan" simfonik lövhəsi, İsmayıl Hacıbəyov Konsertino, Rüfət Xəlilov "Heyratı" simfonik rapsodiyası (İsmayıl Hacıbəyova ithaf) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
157
50
milli.az

10Mənbələr