Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə Muzey Mərkəzində pianoçu Humay Qasımzadənin təqdimat-konserti keçirildi.
Konsertdə pianoçunun yeni işıq üzü görmüş albomu dinləyicilərə təqdim olundu.
Albomda beş müasir Azərbaycan bəstəkarı - Türkər Qasımzadə, Tahir İbişov, Ayaz Qəmbərli, Said Qəni və Elmir Mirzəyevin fortepiano əsəri yer almışdır.
Bu əsərlərin səs yazısı Amerikada hazırlanmış və Amerikanın nüfuzlu səsyazma şirkəti olan İnnova recordings və Amerika Bəstəkarlar İttifaqı (American Composers Forum) bu albomu 2023-cü ildə İnnova Recordings Spring National Call müsabiqəsinin qaliblər siyahısına əlavə etmişdir.
Bu albomun Naxos, İnnova şirkətləri tərəfindən müxtəlif musiqi platformalarında yayımlanması planlaşdırılmışdır.
Qeyd edək ki, təqdimatın ardınca albomda yer alan əsərlər -
Türkər Qasımzadə "Zikr" (piano və canlı elektronika),
Ayaz Qəmbərli "Riqa yağışda",
Tahir İbişov "Keçmişin çalarlarının kətan üzərində sezilməyən oyunları",
Said Qəni "Toccata" (Dəmiri isti-isti döyərlər)
və Elmir Mirzəyevin "Beş üslub" - Humay Qasımzadənin ifasında səslənəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)