AZ

Avropa çempionu: Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir

Bakı, 14 aprel, AZƏRTAC

"Şükürlər olsun, ölkəmə medalla qayıtdım".

AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov jurnalistlərə açıqlamasında deyib.

Üçüncü dəfə Avropa çempionu olan idmançı xoşbəxt olduğunu bildirib: "Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir. Təbii ki, bununla kifayətlənməyəcəyəm. Qarşıda dünya çempionatı bizi gözləyir. Həmin turnirdə də uğurlu olmaq istəyirəm".

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Seçilən
193
3
azertag.az

10Mənbələr