Bakı. Trend:
Aprelin 14-də qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 14-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkaredərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.