Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini Azərbaycana edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.
Baş Nazir Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.
Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya və parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.
Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.
Ağarza Elçinoğlu