Sloveniya xarici işlər naziri Tanya Fayon aprelin 15-də Ermənistana iki günlük səfərə gələcək.
Bu barədə Sloveniyanın STA agentliyi məlumat yayıb.
Məlumata görə, XİN başçısı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını araşdırmaq üçün Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
Tanya Fayon aprelin 17-də isə Azərbaycana səfər edəcək. Onun Bakıda keçiriləcəyi müzakirələrdə enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.
Agentlik bildirib ki, Tanya Fayonun səfəri Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətni üzərində razılığa gəldikdən sonra baş tutub.