AZ

Yorğunluğunuz iki həftədən uzun davam edirsə - Diqqətli olun

Qış fəslində maddələr mübadiləsinin yavaşlaması və orqanizmin yaz aylarına uyğunlaşmaqda çətinlik çəkməsi bir çox insanın həyat keyfiyyətini aşağı salır.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Daxili Xəstəliklər üzrə Mütəxəssis Dr. Serdal Baysal bildirir ki, yaz yorğunluğu adlanan bu hal - halsızlıq, enerjisizlik, istəksizlik və ruh düşkünlüyü ilə özünü göstərir və adətən 2-3 həftə davam edir. Ancaq əlamətlər bu müddətdən uzun sürərsə, mütləq həkimə müraciət edilməlidir.

Yaz yorğunluğunun əlamətləri nələrdir?

Dr. Baysal yaz yorğunluğunun aşağıdakı simptomlarla müşayiət oluna biləcəyini vurğulayır:

Boyun, bel, çiyin və oynaq ağrıları

Mədə ağrısı, şişkinlik, qaz, qəbizlik və ya ishal

İştah dəyişikliyi, əsəbilik, baş ağrısı

Yuxu pozğunluğu, narahatlıq

Dəri problemləri və hormonal dəyişikliklər

Şəkər və təzyiq pozğunluqları ilə bağlı nevropsixoloji əlamətlər

Yaz yorğunluğundan necə qorunmalı?
Dr. Baysalın tövsiyələrinə görə, bu sadə üsullarla yaz yorğunluğunu azaltmaq mümkündür:

Açıq havada gəzintilər
Gündəlik duş almaq
Bol maye qəbul etmək
Az və tez-tez qidalanmaq
Vitamin və minerallarla zəngin qidalar yemək
Hobbilərlə məşğul olmaq, musiqi dinləmək
Siqaret, alkoqol və kofeindən uzaq durmaq
Karbohidratlı və qızardılmış qidaları azaldıb, daha çox qaynadılmış yeməklərə üstünlük vermək

Əgər yaz aylarında yorğunluq, halsızlıq və əhval dəyişiklikləri sizi narahat edirsə və bu hal 2 həftədən uzun çəkirsə, özünüzü laqeyd qoymayın - həkimə müraciət edin.

Fidan
Milli.Az

Seçilən
105
24
milli.az

10Mənbələr