İşğaldan azad edilmiş torpaqlarımıza səfər edən şəhid ailələri Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla anıblar.
İctimaimedia.az xəbər verir ki, Şəhid Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva Baku TV-yə açıqlamasında Anım Gününü Laçında qeyd etdiyinə görə çox sevincli olduğunu bildirib:
“Azərbaycanın igid oğlanları, ərənləri Prezidentimizin ətrafında birləşərək torpaqlarımızı azad etdilər. Bundan sevincli günümüz ola bilməz. Həyat yoldaşım Oqtay Güləliyev Laçının azadlığı uğrunda döyüşdə həlak olub. Çox təəssüf ki, o bu gün Laçının azadlığını görmədi. Yəqin ki, onun ruhu şad olar. Çünki ailəsi dədə-baba yurdunda yaşayır, yaşadır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta