Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 30-u saat 21 radələrində Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev xəstəlik səbəbindən xəstəxanaya müraciət edib. Bir qədər sonra o, qəbul etdiyi dərmandan şoka düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.