Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edir.
“Hokm.az”ın məlumatına görə, Əli Əsədov tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriya Federativ Respublikasının xarici işlər naziri Yusuf Tuqqarla görüşüb.
![](https://qafqazinfo.az/uploads/1734616150/IMG-20241219-WA0033.jpg)
![](https://qafqazinfo.az/uploads/1734616150/IMG-20241219-WA0034.jpg)