Tətillərdə dərslərin olmaması səbəbilə müəllimlər şagirdlərə ev tapşırıqları verirlər. Ancaq bu bəzən həddən artıq çox ola bilir. Bu səbəbdən uşaqlar tətilləri istirahət etmək yerinə dərsləri çatdırmağa çalışırlar. Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir, onları tapşırıqlarla yükləmək düzgündürmü? TehsilForumu.Az Redaktor.az-a istinadən bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında bildirdi ki, şagirdlər tətillərə daha çox istirahət etmək və əylənmək məqsədilə baxırlar və onlara həddindən çox ev tapşırığı verilməsi bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir:"Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun olması vacibdir. Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər, lakin tapşırıqların miqdarı və çətinliyi şagirdlərin yaşına və sinif səviyyəsinə görə tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlanan 11 və buraxılış sinfi sayılan 9-cu sinif şagirdləri üçün əlavə tapşırıqların verilməsi müəyyən qədər normal sayılsa da, aşağı siniflərə verilən dərslərin həddindən artıq olmaması vacibdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta