AZ

Baerbok Dəməşqə gedir

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Dəməşqə gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya XİN başçısı fransalı həmkarı ilə birlikdə Avropa İttifaqı adından Suriyaya gedir.

O, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcək.

“Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib.

Almaniya XİN başçısı Suriya ilə bağlı qarşılarına qoyduqları hədəfdən də danışıb:

“İndi qarşımızda milyonlarla suriyalının da arzuladığı bir məqsəd var. Bu, Suriyanın yenidən beynəlxalq ictimaiyyətin hörmətli bir üzvünə çevrilməsidir”.

Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar və Bəşər Əsəd rejimini deviriblər.

Seçilən
65
13
bakivaxti.az

10Mənbələr