Artıq bəzi universitetlərdə semestr imtahanları başlayıb. Tələbələr tədris müddətində boyu öyrəndiklərini imtahanda istifadə etməyə çalışırlar. Maraqlıdır, 1 semestrdə tələbələrin biliyini yoxlamaq üçün kollekvium, seminar, midterm imtahanı verildiyi halda yenidən semester imtahanlarına ehtiyac varmı?TehsilForumu.Az xəbər verir ki, Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, tələbələr üçün semestr imtahanı keçirilirsə, bunun mütləq nəticəsi olmalıdır:Əvvəllər Rusiyada və bir çox digər ölkələrdə şirkətə müraciət edən zaman işəgötürən sual verərdi: “Zaçot kitabçan var?”, “İxtisas üzrə bu fəndən neçə almışsan?”. Bəs indi zaçot kitabçasına kim baxır? Hazırda iş yerləri yalnız yüksək qiymət və qırmızı diplomla məzun olanlarla maraqlanırmı? Əvvəllər tələbə mütləq öz ixtisası üzrə işləməli idi. İndi isə məzunların neçə faizi öz sahəsində fəaliyyət göstərir? Tələbənin gecə-gündüz hazırlıqla keçirdiyi vaxtın nəticəsi nə olur? Bir neçə günlük əzbərçiliklə bu cür əziyyət çəkdirmək düzgünmü? Məncə, imtahanlar istehlak deyil, investisiya kimi qiymətləndirilməlidir.Sovet dövründə universitetlərdə həm zaçot, həm də imtahanlar keçirilirdi. Zaçotda qeyri-ixtisas fənnləri üzrə nəticələr qeyd olunurdu. Lakin indi həm ixtisas, həm də qeyri-ixtisas fənlərindən tələbələr imtahan olunurlar. Niyə? Əgər bu fənn gələcəkdə tələbənin işində istifadə olunmayacaqsa, onun bu imtahanla vaxt itirməsinə dəyərmi? Bu məsələlər təhlil edilməlidir."“Semestr imtahanlarına baxış dəyişməlidir, insanları imtahansız cəmiyyətə hazır etmək lazımdır”, - deyə iqtisad elmləri doktoru vurğulayıb: "Bir ayı sessiya imtahanlarına sərf etmək yerinə, keçirilən mövzulardan ümumiləşdirilmiş tədqiqat aparmaq daha faydalı olardı. Əgər müəllim professor və ya elmlər doktorudursa, onun fərqli yanaşmaları olmalıdır. Standartlara bağlı müəyyən çərçivələr olmamalıdır. Müəllim, verdiyi biliyi tələbədən alma metodikasını müxtəlif yollarla həyata keçirə bilər. Ən vacib nəticə isə budur: verilən imtahanın nəticəsi əsasında məzun işlə təmin olunacaqmı? İmtahan tələbəyə nə qazandırır? Gələcək iş yerində bu imtahanın faydası nə qədər olacaq? Bütün bu sualların cavabı tapılmalıdır.Ümumiyyətlə, imtahanların həddi nə qədər olmalıdır? Bu gün məktəbdə, universitetə qəbul zamanı, semestr imtahanları, aralıq imtahanları, final imtahanları və işə qəbul imtahanları kimi çoxsaylı imtahanlardan keçmək məcburiyyətindəyik. İnsan nə qədər imtahan verər?İnsan öz biliyinin yalnız özünə faydalı olmasını düşünməlidir. Özü-özünə imtahan verməli və biliklərini qiymətləndirməlidir. Finlandiyada heç bir imtahan yoxdur. Bir çox xarici ölkələrdə isə ali təhsil müəssisələrinə imtahansız qəbul mümkündür. Avropada tələbələr fənlər və müəllimlər arasında əvvəlcədən seçim etmək hüququna malikdir".Z.Məmmədov qeyd edib ki, imtahana baxış yenidən ümumiləşdirilmiş şəkildə təhlil edilib, dəyərləndirilməlidir:“Gecə-gündüz yalnız imtahanla məşğul olmaq xoşagəlməz bir vəziyyətdir. Biz tədqiqatçı yetişdirməliyik. İnsan sabah şirkətə daxil olduğunda problemləri həll etməyi bilməli, öz şəxsi yanaşmalarını tətbiq etməlidir, yalnız əzbərləməklə deyil.Türkiyədə imtahan prosesində müəllimlər tələbələrə müəyyən mövzular üzrə tapşırıqlar verirlər ki, onlar araşdırma aparsınlar. Məsələn, “Azərbaycanın bank sektorunun xüsusiyyətləri” mövzusunda 20-30 tələbə ayrı-ayrılıqda araşdırma edəndə, müxtəlif məlumatlar ortaya çıxır. Tələbələr kitabxanalara gedir, şirkətlərə sorğular göndərir, kommunikasiya bacarıqlarını inkişaf etdirir, axtarışlar edərək nəticələri ümumiləşdirib təhlil edirlər və nəticədə analitik bacarıqlarını gücləndirirlər. Sadəcə otaqlarda keçirilən imtahanlarda 5 almaq iş dünyasında heç bir dəyər daşımır. Lakin tədqiqat aparan tələbə iş yerində fəaliyyətləri təhlil edir və bu, şirkət sahibləri üçün potensial kadr seçməyə imkan yaradır. Tələbə sadəcə oturaraq heç nə əldə edə bilməz. O, sektorlara daxil olmalı, araşdırmalar etməlidir. Axtarış aparmadan nəticə əldə etmək mümkün deyil. İmtahanlar şirkətlərdə keçirilməli, tələbənin apardığı tədqiqatın nəticəsinə şirkətlər də qərar verməlidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta