Hindistanlı iş adamı, \"Almaz kralı” ləqəbli Savji Dholakia şirkətində çalışan işçilərinə böyük jest edib.
Onun işçilərinə jest etməsi ilk dəfə baş vermir.
Belə ki, Savji 1996-cı ildən etibarən işçilərinə bahalı hədiyyələr paylayır.
O, oğlu və gələcək varisi Dravya Dhokolianı da işçilərin həyat tərzini başa düşməsi və həyatın çətinliklərini anlaması üçün uzun müddət market, restoran və s. yerlərdə işçi kimi işlədib.
İşçilərinə verdiyi hədiyyələrlə dünya gündəminə gələn biznesmen \"Bu qədər pul məni xoşbəxt etmək üçün çoxdur. Çoxlu sayda insanı xoşbəxt edə bilirəmsə, niyə bu qədər var-dövləti ancaq özümə saxlayım? Bu axmaqlıq olardı” deyə milyonçu mətbuata açıqlamasında bildirib.
Aysel