Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı koronavirus peyvəndlərinin satın alınmasında korrupsiya ittihamları ilə bağlı immunitet məsələsini nəzərdən keçirəcək. "Ulusum.az" xəbər verir ki, bu barədə Belçikalı fəal Frederik Baldan məlumat verib, onun sözlərini TASS yayımlayıb.6 yanvar tarixində Avropa İttifaqının prokurorluğunun müraciəti əsasında məhkəmə iclası keçiriləcək. Frederik Baldan qeyd edib ki, hərçənd qurum Avropa İttifaqında korrupsiya halları aşkar etmək niyyətində olduğunu bəyan edib, bu gün o, de-fakto fon der Lyayeni müdafiə edir.«Avropa Prokurorluğu məhkəməyə müraciət edərək bildirib ki, fon der Lyayenin klinik sınaqlardan keçməyən koronavirus peyvəndlərinin satın alınmasında korrupsiya ittihamlarına görə məhkəmə təqibindən immuniteti var», – deyə Baldan bildirib.
Diqqət Çəkənlər
Ukraynanın sabiq baş naziri: Zelenskinin ofisi, sülh danışıqlarının baş tutmaması üçün əlindən gələni edir
Aleksandr Vuçiç: Serbiya, Rusiyadan NIS-dəki payını 700 milyon avroya almağa hazırdır
Azərbaycanda sabahdan bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqata başlanılır