AZ

“ABŞ-də rəqabət yüksəkdir, sahibkarlar özünü təsdiqləmək üçün daima çalışmalıdır”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Müasir dünyada maliyyə sistemi sürətlə dəyişir. Bir tərəfdə ABŞ dolları illərdir qlobal iqtisadiyyatda sabitlik və güvən rəmzi olaraq qalır, digər tərəfdə isə kriptovalyutalar kimi texnoloji yeniliklər maliyyə sistemini yeni bir səviyyəyə daşımağa çalışır. Bu mübarizə, yalnız texnologiya və iqtisadiyyat deyil, eyni zamanda ənənəvi və rəqəmsal sistemlər arasındakı fərqli yanaşmaların qarşılaşmasıdır.

Amerikada yaşayan iş adamı Pənah İbrahimov Banco.az-a bu barədə müsahibə verib.

 Həmvətənimiz  ənənəvi valyutalar, həm də kriptovalyutaların dinamikasını anlamaqda maraqlı perspektiv təqdim edin.  O eyni zamanda ABŞ-də  uzun illər yaşayan və qlobal iqtisadiyyatın mərkəzində çalışan biri kimi, o, dolların qlobal mövqeyindən və kriptovalyutaların gələcəkdə maliyyə dünyasına gətirəcəyi təsirlərdən danışıb:

Sizcə, ABŞ dollarının qlobal iqtisadiyyatda bugünkü mövqeyi necədir və gələcəkdə onu hansı dəyişikliklər gözləyir?

ABŞ dolları uzun illərdir ki, qlobal iqtisadiyyatın əsas valyutasıdır. Onun bu mövqeyi, əsasən, ABŞ-ın güclü iqtisadiyyatı və maliyyə sisteminə əsaslanır. Dolların beynəlxalq ticarət və ehtiyat valyutası kimi istifadə edilməsi onu iqtisadi sabitliyin simvoluna çevirib. Lakin son illərdə rəqəmsal valyutalar və digər valyutalarla rəqabət artıb. Gələcəkdə dolların bu liderliyi qoruyub-qorumayacağını qlobal iqtisadi dəyişikliklər müəyyən edəcək.

Necə düşünürsünüz, kriptovalyutalar dollar kimi ənənəvi valyutalar üçün təhlükə yarada bilərmi?

Kriptovalyutalar artıq qlobal maliyyə sistemində öz yerini tapıb. Kriptovalyutanın əsas üstünlüyü onun texnoloji çevikliyidir – sərhədsiz mübadilə, anonimlik və sürətli tranzaksiyalar. Ancaq bu valyutalar tənzimlənməmiş bazara əsaslandığı üçün sabitlik baxımından dollarla rəqabət aparmaq çətindir. Gələcəkdə, əgər tənzimləmə məsələləri həll olunarsa, kriptovalyutalar daha güclü mövqelər qazana bilər.

Sizcə, ABŞ-nin kriptovalyutalara yanaşması necə dəyişib?

ABŞ əvvəlcə kriptovalyutalara qarşı ehtiyatlı yanaşırdı. Ölkədə tənzimləmə sistemi çox sərt olduğu üçün kriptovalyutaların geniş istifadə edilməsində müəyyən çətinliklər var idi. Lakin son illərdə bu yanaşma dəyişib. Bir çox platformaların bazara daxil olması, Bitcoin və Ethereum kimi valyutaların daha çox qəbul edilməsi ABŞ-da kriptovalyutaların tanınmasına şərait yaratdı. Bu dəyişiklik həm də texnologiyanın gücü və investorların marağından qaynaqlanır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
64
banco.az

1Mənbələr