AZ

Zelenski: "Lukaşenko məndən üzr istəyib" 

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ podkasteri Leks Fridmana verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi və sülh danışıqları ilə bağlı bir çox məsələyə toxunub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, müharibənin başlanğıcında Belarus Prezidenti Lukaşenko ilə telefonla danışdığını və dövlət başçısının Rusiyanın atdığı raketlərlə bağlı üzr istədiyini bildirib. Zelenski Lukaşenko ilə müzakirələrdə Belarusdan atılan raketləri qınadığını vurğulayıb.

Ukraynanın dövlət başçısı ABŞ-nin keçmiş prezidenti Corc Buşun dövründə Ukraynanın NATO üzvlüyünün dəstəkləndiyini, amma Angela Merkelin buna qarşı çıxdığını qeyd edib.

Trampın prezidentliyi barədə isə o, ABŞ-nin yeni prezidentinin Putinə təzyiq edərək müharibəni dayandırmaq gücündə olduğunu düşündüyünü, bunun yalnız ciddi təhlükəsizlik zəmanətləri ilə mümkün olacağını ifadə edib.

Zelenski müharibənin sonunda Trampın Ukraynaya gələcəyinə və bunun simvolik bir addım olacağına inandığını əlavə edib.

Əli Hüseynov

Seçilən
24
bakivaxti.az

1Mənbələr