Bakı, 6 yanvar, AZƏRTAC
Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Assosiated Press of Pakistan” məlumat yayıb. Bildirilib ki, hadisə əyalətin Kot Addu rayonunda baş verib.
İlkin ehtimala görə qəza sürücünün sürət həddini aşması səbəbindən baş verib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.