AZ

Boutobba Türkiyə Superliqasında ilk qolunu "Fənərbaxça"ya vurdu

Bilal Boutobba Türkiyə Superliqasında ilk qolunu "Fənərbaxça"ya vurub.   “Hatayspor” klubunun fransalı futbolçusu Bilal Boutobba Türkiyə Superliqasının 18-ci turunda “Fənərbaxça” ilə matçda ilk qolunu vurub. Səfərdə 2:1 hesablı məğlubiyyətə baxmayaraq, onun qolu karyerasında əlamətdar olub.

Matçdan sonra oyunun çətinliyini qeyd edən Boutobba komandanın məşqçinin taktikasına əməl etməyə çalışdığını və sona qədər təslim olmadıqlarını vurğulayıb. “Çətin bir səfər olacağını bilirdik. Məşqçimizin taktikasına əməl etməyə çalışdıq və əlimizdən gələni etdik. Ən azı heç-heçə üçün mübarizə apardıq. Özümlə və komanda yoldaşlarımla fəxr edirəm. Biz heç vaxt təslim olmadıq, heç vaxt dayanmadıq. Mən xoşbəxtəm", - Boutobba deyib.

Seçilən
30
manset.az

1Mənbələr