Bakı. Trend:
İran və Rusiya arasında hərtərəfli strateji saziş bir çoxsahələri, o cümlədən, iqtisadiyyat, ticarət, enerji, ətraf mühit,müdafiə və təhlükəsizlik sahələrini ehtiva edəcək.
Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi Esmail Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, sözügedən saziş yayın əvvəllərində ikidövlət tərəfindən təsdiqlənib və iki ölkə prezidentləri tərəfindənimzalanması üçün münasib vaxtın çatması gözlənilirdi.
Bəqai bildirib ki, İran və Rusiya ötən 30 il ərzində müxtəlifsahələrdə əməkdaşlığı inkişaf etdiriblər.
“Tələblər və münasibətlər səviyyəsini nəzərə alaraq əvvəlkisənədin yenilənməsi zəruri idi. Bu sənəd İran və Rusiya arasındaikitərəfli münasibətlərin möhkəmləndirilməsinə istiqamətlənib”, -deyə o qeyd edib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın 17 yanvardaRusiyaya səfər edəcəyi və bir sıra önəmli sənədlər imzalayacağıgözlənilir.