“Sivasspor” Keyta Balde ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, seneqallı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
29 yaşlı forvard bu mövsüm Türkiyə Super Liqasında 11 oyunda meydana çıxıb və cəmi 1 qol vurub.
Qeyd edək ki, Balde karyerası ərzində “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya” kimi klubların formasını geyinib.