Özünü “ədalət uğrunda mübariz” kimi təqdim edərək, Fransayaqaçaraq, oraya sığınan Məhəmməd Mirzəli həmişəki ampluasındadır.Yəni yalan, böhtan və saxtakarlığı o həddə çatdırıb ki,"primitivlik" ifadəsi artıq yuxarı ekstremum təsiri bağışlayır.
O, yenə Azərbaycanı suçlayır və kakadu kimi təkrarlayır ki,2021-ci ilin martında Nant şəhərində ona qarşı baş verən hücum guya"rəsmi Bakı tərəfindən təşkil edilib".
Amma marazm təsiri bağışlayan ittihamlara minimal məntiq formasıverə biləcək sübutlar və faktlar yoxdur.
Eynən M.Mirzəlinin indiyədək Azərbaycana ünvanladığıittihamların hamısında olduğu kimi.
Onun bəyanatları, hər zaman olduğu kimi, əsassızdır. M.Mirzəlibəzi şəkillər yayımlayaraq, onları təkzibedilməz sübut kimi təqdimetməyə çalışır. Bu dəfə də o, şəkillərdən birində hücumçulardanbirinin təsvir edildiyini iddia edir. Lakin məsələni dərindənaraşdıranda aydın olur ki, bu şəkillər yalnız növbəti bir səhnədir.Burada olayın rəsmi Bakı ilə "əlaqəli" olduğunu sübut edən realdəlillər yoxdur. Azərbaycan rəsmiləri ilə dostcasına çəkilmişşəkilləri “sübut” kimi təqdim etmək absurddur. Bu cür “məntiq”ancaq teatr tamaşaları üçün uyğun ola bilər, ciddi araşdırmalarüçün yox.
M.Mirzəli fəal şəkildə Fransa ədliyyə sistemini tənqid edərək,iddia edir ki, guya bu sistem diplomatik təzyiqlər altındafəaliyyət göstərir. "İctimai fəal" “sübutlar"ının obyektivaraşdırmadığını vurğulayır, işin Parisə ötürülməsini tələb edir.İlk baxışdan bu cür bəyanatlar təsirli görünə bilər, lakin əslində,bu sözlərin arxasında nə dayanır? Mirzəlinin məqsədi açıqdır: özünüzərərçəkmiş kimi təqdim etmək, rəğbət qazanmaq və adını yenidəndiqqət mərkəzinə gətirməkdir. Ola bilsin ki, hətta yeni qrantlaralmağı da hədəfləyir.
“Fransada aparılan istintaq diplomatik təzyiqlər səbəbindən hərgün istiqamətini dəyişir. Özünü müstəqil adlandıran Fransaədliyyəsi bu işdə müstəqilliyini itirmiş kimi görünür. Diplomatikəlaqələr işin gedişatına təsir göstərə bilir və bu, ədliyyənin nəqədər həssas olduğunu nümayiş etdirir. Bunu müşahidə etmək,həqiqətən də, acıdır. Artıq əminəm ki, ədalət təmin olunmayacaq.Fransa ədliyyəsinin bu işi ədalətli şəkildə araşdırmayacağına taməminəm. Ya bu iş bütün sübutlarım nəzərə alınmaqla yenidənqiymətləndirilməlidir və ədalətli qərar qəbul edilməlidir, ya datamamilə bağlanmalıdır. Ailəm və öz təhlükəsizliyim üçün mütləqşəkildə ədalətli bir nəticə əldə edilməlidir. Renn şəhərininməhkəməsi tərəfindən aparılan istintaq prosesindən qətiyyən razıdeyiləm. Bu istintaqın Respublika Prokurorluğuna, Parisəötürülməsini tələb edirəm ki, bütün sübutlarım yenidənaraşdırılsın. Hələ müəyyən edilməmiş tarixdə keçiriləcək dinləməninRenn şəhərində baş tutmasına qəti şəkildə qarşıyam”, - Mirzəliqətiyyətlə bildirir.
O, Renn şəhərində aparılan istintaqdan narazılıq edərək, işinParisə köçürülməsini tələb edir. Lakin onun Fransa ədliyyəsistemini tənqid etməsi real sübutların olmamasını əsaslandırmağayönəlmiş cəhddir. Onun “sübutları” yalnız bəyanatlardan ibarətdir,lakin hüquqi faktlarla deyil, emosional çıxışlarla dəstəklənir. Buda onun əsas problemini təşkil edir: təsdiqlənməmiş sözlər sadəcəsöz olaraq qalır.
Məhəmməd Mirzəli iddia edir ki, onun və ailəsinin həyatıtəhlükədədir. Amma inandırıcı faktlar təqdim etmək əvəzinə, o, yenədə bulanıq şəkillər və dramatik bəyanatlar nümayiş etdirməyə davamedir. Bu, ədalətə nail olmaq üçün bir yol deyil, daha çox özşəxsiyyətinə marağı qoruyub saxlamaq cəhdidir.
Daha da absurd görünən isə onun Fransa haqqında ittihamlarıdır.Sığınacaq verdiyi ölkə indi onun hücumlarının hədəfinə çevrilib.Fransız polisi 2021-ci ildə baş verən hadisəni operativ şəkildəaraşdırdı, lakin görünür, Mirzəli üçün Azərbaycanın ittihamolunmadığı istənilən nəticə qəbuledilməzdir. O, obyektiv prosesləriqəsdən görməzdən gəlir və ona yeni bir həyat şansı vermiş sistemiittiham etməyə üstünlük verir.
Nəticədə nə görürük? İttihamlarını ehtimallar və emosiyalarüzərində quran bir insan həm Azərbaycanı, həm də Fransa ədliyyəsinigözdən salmağa çalışır. Onun gurultulu sözlərinin və pafosununarxasında konkretlik və sübutların olmaması dayanır. Mirzəliaçıq-aşkar "qurban" roluna üstünlük verir - bu rol əlverişlidir,şöhrət və maliyyə dəstəyi gətirir. Lakin ədalət ucadan səslənənbəyanatlar deyil, real faktlar tələb edir. Amma bu faktlar, nəqədər araşdırılsa da, onun əlində yoxdur.
Məhəmməd Mirzəlinin "təhdidlərin Bakıdan gəldiyini" iddiaetməsi, əslində, yalnız onun medianın diqqət mərkəzində qalmaq üçünümidsiz cəhdlərindən biri kimi görünür. Əgər bu cür təhdidlər,həqiqətən, mövcuddursa, onları təsdiqləyən sənədlər haradadır?Yazılar, rəsmi müraciətlər, ekspert rəyləri, ya da beynəlxalqreaksiyalar hardadır? Sübutlardan məhrum ritorika boş səs-küydür,sübutlara əsaslanmayan siyasi publisistika isə sadəcə teatrtamaşasıdır.
Xüsusilə təəccüblüdür ki, Mirzəli bir yerli qəzetdəki məqaləyəböyük əhəmiyyət verir və onun məzmununu birbaşa təhlükə kimi təqdimedir. Əgər onun məntiqinə inansaq, hər bir çap olunmuş fikirpotensial cinayətə çevrilir. Bəs bu nəşrin hücumla əlaqəsini sübutedən hüquqi nəticələr haradadır? Məhkəmə işinin əsasını təşkil edəbiləcək faktlar hardadır? Cavablar əvəzinə Mirzəli tamaşaçıyagurultulu bəyanatlar təklif edir və unudur ki, Fransa ədliyyəsifərziyyələrlə deyil, faktlarla işləyir.
Onun "ədalətin təmin olunmayacağına" dair iddiası isə, xüsusiləonun sosial şəbəkələrdəki aktiv kampaniyası fonunda ironik görünür.Mirzəli öz məyusluğunu nümayiş etdirməkdən yorulmur, lakinhüquq-mühafizə orqanları ilə real əməkdaşlıq etmək əvəzinə, xariciauditoriyaya yönəlik açıq tamaşalar qurmağa üstünlük verir. Bu,qanunla dialoq deyil, emosional manipulyasiya vasitəsilə təzyiqcəhdidir.
Renn şəhərindən Parisə istintaqın köçürülməsi tələbi butaktikanın daha bir nümunəsidir. Mirzəli ədalətsizlik illüziyasıyaradır ki, real sübutların olmamasını əsaslandırsın. HalbukiFransa məhkəmə sistemi öz müstəqilliyi və ciddi standartları ilətanınır. Ona qarşı irəli sürülən ittihamlar konkret sübutlardanməhrum olduqda, təkcə inandırıcı olmur, həm də ədalət orqanlarınıgözdən salmaq üçün növbəti PR cəhdi kimi görünür.
Əslində, Mirzəli haqqındakı həqiqət göz qabağındadır:ittihamlarının arxasında boşluqlar dayanır, sübutlar isə yoxdur.Onun hər çıxışı, hər bəyanatı özünü diqqət mərkəzində saxlamaq üçünbir cəhd, tamaşa və teatr oyunudur. Amma ədalət gurultulubəyanatlarla deyil, yalnız sübutlarla əldə olunur. Bu isə onunhekayəsində çatışmır.
Məhəmməd Mirzəlinin məntiqinə əsaslansaq, onun sözlərinə şübhəilə yanaşan hər kəs avtomatik olaraq Azərbaycanın “agentinə”çevrilir. Bu taktika, əlbəttə ki, diqqətçəkici başlıqlar yaratmaqüçün əlverişli ola bilər, lakin həqiqətin axtarışına heç bir töhfəvermir. Əksinə, bu yanaşma, hətta onu səmimi şəkildə dəstəkləməyəhazır olanların belə etibarını sarsıdır.
Mirzəlinin problemi ifadə platformasının olmamasında deyil,obyektiv sübutlar təqdim etməkdəki bacarıqsızlığındadır. Onun həmAzərbaycana, həm də Fransaya qarşı irəli sürdüyü ittihamlar,əsasən, tamaşa təsiri bağışlayır və tək məqsədə xidmət edir -auditoriyanın diqqətini özündə saxlamaq. Onun hər yeni çıxışı,ədalət uğrunda mübarizənin deyil, özünü peşəkar “qurban” kimitəqdim etməyə hesablanmış növbəti teatr səhnəsidir.
Fransanın ədliyyə sistemi isə, Mirzəlinin ictimaikampaniyalarından fərqli olaraq, faktlara əsaslanır. İstənilənbəyanat, nə qədər gurultulu səslənsə də, əgər onun arxasındasübutlar yoxdursa, dəyərini itirir. Mirzəli emosiyalar üzərindəoynamağa davam etdiyi müddətdə, ədalət sistemi qaçılmaz olaraqsübut tələb edəcək. Və zaman göstərir ki, onun əlində belə sübutlaryoxdur.
Onun hekayəsi artıq manipulyasiyalar, eyhamlar və gurultulubaşlıqların girdabında həqiqətin getdikcə daha çox itirildiyi birfars halına çevrilib. Lakin həqiqət gec-tez üzə çıxmaqxüsusiyyətinə malikdir və Mirzəli, özünü “qəhrəman” kimi göstərməyəçalışsa da, yaddaşlarda yalnız boş sözlərdən ibarət bir primitivimic qurmuş, lakin heç bir ittihamını sübut edə bilməmiş,məsuliyyətsiz və heç bir mənəvi orientiri olmayan bir insanolduğunu bir daha sübut etdi.