BRİKS-ə sədrlik edən Braziliya İndoneziyanın qrupa tamhüquqlu üzv kimi qoşulacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Braziliya hökumətinin saytında qeyd olunub.
“BRİCS-ə sədrlik edən Braziliya hökuməti yanvarın 6-da İndoneziyanın təşkilata tamhüquqlu üzv kimi qoşulacağını elan etdi”, – bəyanatda deyilir.
Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb. BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və CAR daxildir.