Fransada təhlükəsizlik tədbirləri gücləndirilib.
Publika.az xəbər verir ki, ölkənin daxili işlər naziri Bruno Retayo bununla bağlı hüquq-mühafizə orqanlarına əmr verib.
"Frans Press" agentliyi yazır ki, buna səbəb terror hücumları təhlükəsidir.
Nazir xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları vəziyyətin ciddiliyini göstərir.