AZ

Çad: Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər

Fransa prezidenti Emmanuel Makronun Afrika liderlərinin ölkəsinin Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə təşəkkür etməyi unutduqları ilə bağlı açıqlamalarına Çad sərt reaksiya verib.

"Operativ Media" xəbər verir ki, Çad xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah açıqlamasında Makronun dediklərini Afrika və afrikalılara qarşı alçaldıcı bir münasibət kimi qiymətləndirib.

 "Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər" deyə Koulamallah bildirib.

Xüsusilə Çadın Fransanın azad edilməsində kritik rol oynadığını xatırladan Koulamallah, "Afrika xalqlarının İkinci Dünya Müharibəsində Fransaya verdiyi fədakarlıqlar heç vaxt layiqincə qiymətləndirilmədi" deyə əlavə edib.

Seçilən
72
operativmedia.az

1Mənbələr