Telekommunikasiya şirkəti Elisa Finlandiya və Estoniya arasında zədələnmiş iki sualtı kabeli təmir etdiyini açıqlayıb.
Bu barədə “İnterfaks” yazır.
“İki sualtı kabel təmir olunub”, – şirkət nümayəndələri bildiriblər.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärbock Finlandiya və Estoniyanı birləşdirən EstLink 2 kabelinin zədələnməsi ilə bağlı vəziyyət fonunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin tərəfdarı olduğunu bildirib.
DOĞRU.AZ