Bakı: Trend
Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallarnazirliklərinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Trend xəbərverir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefonxəttinə Kəngərli rayon polis şöbəsinin əməkdaşları tərəfindənKəngərli rayon Çalxanqala kənd ərazisində hərbi sursatın aşkaredilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FövqəladəHallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizliktədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkaredilən sursatın 120 mm-lik 2 ədəd top mərmisi olduğu müəyyənedilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçünərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.