AZ

Kabello: “Qonzales ölkəyə ayaq basan kimi...”

Venesuelanın daxili işlər və ədliyyə naziri Diosdado Kabello müxalifət koalisiyasının prezidentliyə namizədi Edmundo Qonzalesin ölkəyə ayaq basacağı təqdirdə saxlanılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkəsində mətbuata açıqlama verən Kabello İspaniyanın paytaxtı Madriddə yaşayan Qonzalesin Venesuelaya ayaq basan kimi saxlanılaraq ədliyyə orqanlarına təhvil veriləcəyini bildirib:

“Onu salamlayacağam. Cənab Qonzales Venesuelaya ayaq basdığı andan onun saxlanılacağını və mühakimə olunacağını bilir".

Kabello 2024-cü il iyulun 28-də keçirilən prezident seçkilərindən sonra müxtəlif millətlərdən olan 125 nəfərin “terror sui-qəsdləri” ilə əlaqəsi olduğu iddiası ilə saxlanıldığını bildirib.

Venesuelanın sülh içində olduğunu bildirən Kabello sülhü pozmaq istəyənlərə icazə verməyəcəklərini və təhlükəsizlik qüvvələrinin hər cür ssenariyə hazır olduqlarını qeyd edib.

Digər tərəfdən, Qonzales sosial media hesabında paylaşdığı videoda "10 yanvarda Venesuela xalqının suveren iradəsi ilə baş komandanlıq vəzifəsini üzərinə götürməliyəm" deyib.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr