Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın "Ev Hapsi" adlı yeni serialının çəkilişləri başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, "Gain" adlı rəqəmsal platformada yayımlanacaq layihə 8 bölümdən ibarət olacaq.
Serialda Oktay Kaynarca ilə yanaşı, Rojda Demirer, Çiğdem Batur, Hakan Boyav, Hakan Karsak, İpek Çiçek, Egemen Uysal, Mustafa Alabora, Kadriye Kenter və Ziya Kürküt kimi tanınmış simalar da rol alacaq. Ekran işinin rejissoru Mustafa Şevki Doğan, ssenaristi isə Ercan Mehmet Erdemdir.