AZ

Neft, qaz, kömür ucuzlaşdı

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3.40% azalaraq 3.5479 ABŞ dollarına bərabər olub.

Teleqraf.com xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.02% azalaraq 46.74 ABŞ dolları olub.

Xam neftin 1 barrelə görə qiyməti də ucuzlaşıb. Xam neftin dəyəri 0.32% azalaraq 73.329 ABŞ dollarından ticarət edilib. Brent markalı neftin 1 barrelə görə qiyməti 0.23% azalaraq 76.133 ABŞ dollarına bərabər olub. Kömürün qiyməti isə 1 ton üçün 3.04% ucuzlaşaraq 119.75 ABŞ dollarına ticarət edilib.


Müəllif: Teleqraf.com
Seçilən
55
3
teleqraf.com

2Mənbələr