Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada olan uşaqların müharibənin bədəlini həyatları ilə ödədiklərini bildirib.
“X” sosial media hesabında İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada uşaqların vəziyyəti ilə bağlı paylaşım edən T.A.Qebreyesus yazıb: “2024-cü ilin dekabr ayında Qəzzada doğulan körpələrdən 7-si hipotermiyadan ölüb və daha çoxu da təhlükə altındadır. İlkin təsbitlərə görə, hər uşaq sağlam və təhlükəsiz həyata layiqdir. Ancaq Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər.”
ÜST-nin Baş direktoru Qəzzada atəşkəs çağırışını təkrar edib.