AZ

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Dekabrda Azərbaycanda pul bazası 339,7 milyon manat artıb.

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.12.2024-cü il tarixində pul bazası 20 milyard 916.5 milyon manat təşkil edib.

29.11.2024-cü il tarixində pul bazası 20 milyard 576.8 milyon manat təşkil etmişdi. 

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası (mln. AZN)

29.12.2024     20916.5

29.11.2024     20576.8

31.10.2024     20474.9

30.09.2024     20897.4

30.08.2024     20550.0

31.07.2024     20731.5

28.06.2024     20401.0

31.05.2024     19948.0

30.04.2024     19995.9

29.03.2024     20396.4

29.02.2024     20131.8

31.01.2024     20271.1

30.12.2023     20875.2

Seçilən
50
marja.az

1Mənbələr