AZ

Almaniyada illik inflyasiya açıqlandı

Almaniyada dekabr inflyasiyası gözlənildiyindən çox artaraq 2,6 faizə çatıb. İllik orta göstərici 2,2 olub.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (“Destatis”) qiymət artımı ilə bağlı 2024-cü ilin dekabr ayı üçün ilkin məlumatları açıqlayıb.

Buna görə Almaniyada noyabrda yüzdə 2,2 olan illik inflyasiya dekabrda yüzdə 2,6 oldu.

Beləliklə, ölkədə inflyasiyanın səviyyəsi ardıcıl üçüncü aydır ki, artıb.

Ölkədə inflyasiya səviyyəsi aylıq olaraq 0,4 faiz artıb. Bazarlarda gözlənti dekabrda illik inflyasiyanın 2,4 faizə yüksələcəyi idi.

Aİ-yə uyğun TÜFE də dekabr ayında bir əvvəlki aya görə yüzdə 0,7, illik bazda isə yüzdə 2,9 artdı.

Almaniyada enerji və qida COVID-19 epidemiyasından sonra ən böyük qiymət təyinediciləri kimi önə çıxır.

2024-cü ilin dekabr ayında bir il əvvələ nisbətən ərzaq qiymətləri 2 faiz artarkən, enerji məhsulları yüzdə 1,7 azalıb.

2024-cü ilin dekabrında enerji və ərzaq məhsulları istisna olmaqla inflyasiya 3,1 faiz təşkil edib.

Diqqətəlayiq haldır ki, xidmətlər üzrə inflyasiya da noyabrda olan 4 faizlə müqayisədə dekabrda 4,1 faiz artıb.

İnflyasiyanın artması Almaniyada siyasi qeyri-müəyyənlik dövründə baş verib. İnflyasiya məlumatları fevralın 23-də keçirilməsi planlaşdırılan federal seçkilər öncəsi son mühüm iqtisadi məlumatlardan biri idi.

“Destatis” həmçinin 2024-cü ildə inflyasiyanın orta hesabla 2,2 faiz olduğunu bildirib.

2022-ci ildə ölkədə inflyasiya 6,9-a yüksələrək 1951-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 2023-cü ildə orta inflyasiya 5,9 faiz olub.

Seçilən
44
13
cebheinfo.az

10Mənbələr