AZ

Simone İnzaqi: “Yaralarımızı sağaltmaq üçün evə qayıdırıq”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Super Kubokunun finalında “Milan”a acı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, “rossoneri” şərti qonaq qismində meydana çıxdığı həlledici oyunda 0:2 hesabından geri-dönüş edərək, 90+3-cü dəqiqədə vurduğu qolla əzəli rəqibi “neradzurri” üzərində 3:2 hesablı qələbəni bayram edib.

Simone İnzaqi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz, ilk növbədə “Milan”ı təbrik etməliyik, çünki onlar iki top fərqi ilə geridə ikən belə, təslim olmadılar. Birinci qolla bağlı məqamda oyuna nəzarət etməli olduğumuz bir vəziyyətdə topu asanlıqla itirdik. Sonra hesabı 3:1-ə çatdırmaq üçün bir neçə fürsətimiz oldu, amma Menyan (“Milan”ın fransalı qapıçısı Mayk Menyanı nəzərdə tutur – redaktorun qeydi), Karlos Aqusto və Dumfrisin zərbələrinin öhdəsindən əntiqə gəldi.

Təəssüf ki, sonra yenə qollar buraxdıq və qələbəni əldən verdik. Bu, ağrılı məğlubiyyətdir, amma bu illər ərzində oxşar məğlubiyyətlərimiz olub və komandam həmişə ayağa qalxaraq dirçəlib. Yaralarımızı sağaltmaq üçün evə qayıdırıq. Bir neçə yeni zədəlimiz var, amma qarşıdakı 18 gündə 6 oyunumuz var, ona görə də mümkün qədər tez bir surətdə düzgün yola qayıtmalıyıq”, – “Football Italia” nəşri italyan mütəxəssisdən sitat gətirir.

“Milan” 8-ci dəfə İtaliya Super Kubokunun qalibi olub. “Rossoneri” həmçinin 5 dəfə yarışın gümüş mükafatçısı olub. Yeri gəlmişkən, “İnter” də ey nəticələrə malikdir.

İtaliya Super Kubokunu ən çox “Yuventus” qazanıb – 9 dəfə, “byankoneri” həmçinin 8 dəfə gümüş medalçı, 1 dəfə isə yarımfinalçı olub.

Seçilən
29
arena.az

1Mənbələr