AZ

“Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınaraq yenidən bizi müharibəyə məcbur edərsə…”- Millət vəkili

“Ermənilərin Qarabağla bağlı müxtəlif fikirləri olub. O cümlədən, Böyük Ermənistan üzərində də axmaq xəyallar qurmuşdular”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın keçmiş baş naziri Aram Sərkisyanın Qarabağ və Meğri ilə bağlı son açıqlamaları onların iyrənc niyyətlərindən xəbər verir:

“Onun Qarabağın Mehri ilə mübadiləsi ermənilərin çirkin planlarından biri idi. Amma Azərbaycanın mövqeyi həmişə birmənalı dəyişməz olub. Cənab Prezident İlham Əliyev Azərbaycanın torpaqları alqı-satqı predmeti olmadığını qeyd edərək həmişə torpaqlarımızın qeyd-şərtsiz azad olunmasını tələb edirdi. Ona görə də nəticədə 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri keçirməyinə məcbur olduq. Əslində Qərbi Azərbaycanın Zəngəzur mahalında yerləşən Mehri rayonu da Azərbaycanın tarixi torpaqıdır. Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınaraq yenidən müharibəyə bizi məcbur edərsə Mehrini də azad edilməsi ordumuz üçün böyük çətinlik yaratmaz. Bu baxımdan Ermənistan hakimiyyəti əfsanəvi xəyallar qurmaqda davam etmək əvəzinə reallığı dəyərləndirib qonşuluq münasibətləri yaratmağa çalışsa, bu ilk növbədə onların özləri üçün yaxşı olar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr