Ötən gündən etibarən sosial şəbəkələrdə metroda gediş haqlarının yaxın günlərdə 55 qəpiyə qaldırılacağı barədə məlumatlar paylaşılır.
Bununla bağlı "Bakı Metropoliteni"nə sorğu göndərdik.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni”nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:
“Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb”.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta