Xəbər verdiyimiz kimi, Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı ilə bağlı mediada xəbərlər yayılıb.
Məsələ ilə bağlı Ajans.az "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb. Qurumdan redaksiyamıza bildirildi ki, "Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.