Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti 2 tenderə yekun vurub.
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı
FED.az xəbər verir ki, hər 2 tenderi “Az Technocon Group” MMC udub. Qeyd edək ki, tenderlər söküntü işlərinin aparılması ilə bağlıdır .
Dövlət qurumu qalib şirkətə toplamda 140 931 manat ödəyəcək.
Belə ki, “Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması” tenderinin dəyəri 56 673 manat təşkil edir.
İkinci tender isə “Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması” tenderidir və dəyəri 84 258 manatdır.