AZ

Ələt-Astara magistral avtomobil yolunda 3 körpü tikilir (FOTO/VİDEO)

Bakı. Trend:

M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədimagistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşasıyekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki,layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallırayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və157.3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunankörpülərin hər birinin uzunluğu 30.2 metr, 177.5-ci km-likhissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46.2metr təşkil edir.

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14.5 metrdir.Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinəəsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənicra olunur.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tamyekunlaşdırılması planlaşdırılır.

Ələt-Astara
Ələt-Astara
Ələt-Astara
Məqalədə:
Seçilən
14
19
az.trend.az

10Mənbələr