AZ

"Qarabağ"ın rəqibi "Mançester Yunayted"in hücumçusunu istəyir - Danışıqlar başladı

"Mançester Yunayted"in hücumçusu Antoni karyerasını Yunanıstanda davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist və insayder Florian Plettenberq şəxsi "X" hesabı üzərindən yayıb.

Xəbərə görə, braziliyalı forvardın xidmətində "Olimpiakos" maraqlıdır. Mənbə Pirey təmsilçisinin 24 yaşlı futbolçunu icarəyə götürmək istədiyini və hazırda tərəflərin danışıq apardıqlarını vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 13 matça çıxan Antoni 1 qol vurub. Onun MY ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı cənubi amerikalı futbolçunun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Xatırladaq ki, "Olimpiakos" UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi  "Qarabağ"ın rəqiblərindən biridir. Ağdam komandası sözügedən turnirin Liqa mərhələsinin 8-ci turu çərçivəsində bu kollektivin qonağı olacaq. Qarşılaşma yanvarın 31-də keçiriləcək. 

Nihat

Seçilən
28
fanat.az

1Mənbələr